MÜSAHİBƏ


İvo Yosipoviç: IX Qlobal Bakı Forumu dünyanı narahat edən məsələlərin həlli yollarını tapmaqda böyük rol oynayacaq

IX Qlobal Bakı Forumu fərqli siyasi görüşləri olan insanların öz fikirlərini dünyaya çatdıra biləcəyi platformadır.
Bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində təşkil olunmuş "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda keçirilən panel iclasda iştirak edən Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç AZƏRTAC-a məxsusi müsahibəsində deyib.