DÜNYA


Çində neft-kimya zavodundakı yanğın insan tələfatına səbəb olub

Çinin Şanxay şəhərində neft-kimya məhsulları zavodunda baş verən yanğında ən azı bir nəfər ölüb.AZƏRTAC zavodun yerləşdiyi Cinşan rayonu hökumətinin məlumatına istinadla xəbər verir ki, yanğın yerli vaxtla səhər saat 04:28-də başlayıb. Hadisə yerinə yanğınsöndürən briqadalar və xilasedicilər cəlb olunub. Yanğın böyük dərəcədə nəzarət altına alınıb. İndiyədək bir nəfərin meyiti tapılıb. Hazırda axtarış işləri davam edir.