MÜSAHİBƏ


Petar Stoyanov: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyada nüfuzlu təşkilatlardan birinə çevrilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsasını qoyanlardan biri kimi əminliklə deyə bilərəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyada nüfuzlu təşkilatlardan birinə çevrilib.AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun iştirakçısı, Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanov bildirib.