DÜNYA


Çində qaz balonunun partlaması üç nəfərin ölümünə səbəb olub

Çinin Şandon vilayətində yeməkxanada sıxılmış maye qaz (LPG) balonunun partlaması üç nəfərin ölümünə, ikisi ağır olmaqla 10 nəfərin xəsarət almasına səbəb olub.
AZƏRTAC vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, Tayan şəhərində baş vermiş partlayış nəticəsində yeməkxana ilə yanaşı, ətrafdakı müxtəlif təyinatlı bir neçə obyektə də ciddi ziyan dəyib.