DÜNYA


İranda 6,1 bal gücündə zəlzələ baş verib

İranın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib.AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.