MÜSAHİBƏ


Cibuti Milli Assambleyasının sədri: Gördüyümüz dağıntılar işğalçının nə qədər zərərverici olduğunu göstərir

Qoşulmama Hərəkatında fəaliyyətimiz son dərəcə səmərəlidir və Azərbaycanın oradakı rolunu yüksək qiymətləndiririk. Bizim Şuşa şəhərinə gəlməyimiz Azərbaycanı dəstəkləməyimizin göstəricisidir. Azərbaycanın müharibədə ədalətli olduğunu dəstəkləyirik. Qoşulmama hərəkatında 120-dən artıq ölkə var ki, onların hamısı Azərbaycanı dəstəkləyir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşa şəhərinə səfər etmiş Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Ali Humed deyib.