ELM VƏ TƏHSİL


Ağdam rayonunun Mahrızlı kəndində 320 şagird yerlik məktəb binası inşa edilir

Ağdam rayonu Mahrızlı kənd tam orta məktəbində 320 şagird yerlik yeni bina inşa edilir.
AZƏRTAC-ın bölgə müxbiri Mahrızlı kəndinə gedərək aparılan inşaat işləri ilə maraqlanıb. Tikintidə sahə rəisi Vaqif Əsədov bildirib ki, ikimərtəbəli məktəb binasının ümumi tikinti sahəsi 2908 kvadratmetrdir. Beş blokdan ibarət yeni məktəb binasında sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılacaq.