MÜSAHİBƏ


Kamilə Muradova: Ailəmlə doğma torpağıma qayıtmağın sevincini yaşayıram

Doğulub boya-başa çatdığım Ağalı kəndini uzun illərdən sonra yenidən görmək fərqli duyğulardır. Allaha şükür edirəm ki, bu günü mənə nəsib etdi. Çünki torpaq həsrəti ilə dünyadan köçən o qədər doğmalarım oldu ki, ömrün mənə də vəfa etməyəcəyini düşünürdüm. Ailəmlə doğma torpağıma qayıtmağın sevincini yaşayıram.