SİYASƏT


Hərbi İnstitutda qardaş Türkiyənin Zəfər Bayramı qeyd olunub

Heydər Əliyev adına Hərbi İnstitutda qardaş Türkiyə Respublikasının 30 avqust - Zəfər Bayramının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə ulu öndərlər Heydər Əliyev və  Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra Türkiyənin İstiqlal savaşından bəhs edən videoçarx nümayiş etdirilib.