SLAYDŞOU


Füzuli rayonunun Qoçəhmədli kəndi

Füzuli rayonunun Qoçəhmədli kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Qoçəhmədli kəndində XVIII və XIX əsrlərə aid iki məscid, XIX əsrə aid Sərdərli məscidi və Sarı Baba ocağı olub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradan rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də kəndi işğaldan azad edib.