SİYASƏT


Misir səfiri: AZƏRTAC ilə MENA agentliyi arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq

AZƏRTAC və Misirin Yaxın Şərq xəbər agentliyi (MENA) arasında əlaqələrin daha da genişlənməsini dəstəkləməyə hazırıq. Əməkdaşlıq əlaqələrinin müasir dövrün tələbləri səviyyəsinə yüksəldilməsinə ehtiyac duyulur.Bu sözləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri Hişam Məhəmməd Naci Əbdulhəmid deyib.