SLAYDŞOU


Əmir Teymurun paytaxtı

Səmərqənd Özbəkistanın cənubunda yerləşən nağılları xatırladan bir şəhərdir. Eramızdan əvvəl 742-ci ildə əsası qoyulan bu şəhər məşhur İpək yolu üzərində olan əsas məntəqələrdən sayılırdı. Şəhərin ən yaxşı inkişafı dövrü Teymurləngin hakimiyyəti dövrünə təsadüf edir. O dünyanın hər yerındən memarlar, ustalar gətirdərək şəhərin tikintisinə və inkişafına böyük fikir verirdi.