DÜNYA


Rusiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub

Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində təyyarənin yaşayış binasına çırpılması nəticəsində 13 nəfər həlak olub.AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.Qəza nəticəsində 13 nəfər, o cümlədən 3 uşaq həlak olub, 19 nəfər yaralanıb. Hazırda binada dağıntıların aradan qaldırılması işləri davam edir. Hadisədən sonra 68 nəfər xilas edilib, 360 nəfər təxliyə olunub.