RƏSMİ


Prezident İlham Əliyev Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət edib

Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib.