RƏSMİ


Prezident İlham Əliyev Liviyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edib.AZƏRTAC xəbər verir ki, səfir Ali Salem Naser etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.