DÜNYA


“OBI” himermarketindəki yanğının səbəbi bəlli olub

Moskva vilayətindəki “OBI” hipermarketində yanğın qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması səbəbindən baş verib.AZƏRTAC xəbər verir ki, 7 min kvadrat metr sahəni əhatə edən yanğın lokallaşdırılıb. İlkin versiya kimi, yanğının hipermarketdə aparılan qaynaq işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmamasına görə baş verdiyi ehtimalı irəli sürülüb. Hadisə nəticəsində hipermarketin mühafizəçisi həlak olub.