İQTİSADİYYAT


Atasından miras qalan çayçılığı bu gün də davam etdirir

Astara rayon sakini Şinanaz İdrisova çayçı ailəsində böyüyüb. Ata və anası bu sahə ilə məşğul olduğu üçün ailənin bütün qız övladları kimi, o da çayçılığın sirlərinə yiyələnib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şinanaz xanım hələ beşinci sinifdə oxuyarkən ilk dəfə çay yığımına başlayıb. Amma bu sevimli peşə onun təhsilinə mane olmayıb. Əksinə, hər sahədə zəhmətə qatlaşmağı öyrədib.