CƏMİYYƏT


İnsanlar arasında qrip virusu artıb

Son zamanlar ölkədə, xüsusilə Bakıda insanlar arasında yüksək hərarətlə müşahidə olunan qrip xəstəliyi artmaqdadır. Böyüklərlə müqayisədə kiçik yaşlı uşaqlarda daha çox ağırlaşma hallarına rast gəlinir. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun sözlərinə görə insanlar arasında yayılan bu xəstəlik mövsümü xarakter daşıyır. Bu cür respirator xəstəliklər hər il qış mövsümündə meydana çıxır.