CƏMİYYƏT


Yanvarın 11-də bəzi yerlərdə arabir qar yağacağı gözlənilir

Bakıda və Abşeron yarımadasında yanvarın 11-də bəzi yerlərdə arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Bunu AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev söyləyib. Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Yollar buz bağlayacaq.