CƏMİYYƏT


Xaçınçay su anbarına balıq körpələri buraxılıb

Qarabağ ərazisində ekosistemin bərpasına töhfə vermək, o cümlədən su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Ağdam rayonunda Xaçınçay su anbarına balıq körpələri buraxılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçınçay su anbarına 40 min ədəd çəkikimi balıq körpəsi buraxılıb.
Mərasimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Minatəmizləmə Agentliyi, Turizm Agentliyi və Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.