SİYASƏT


"Azərbaycan-Türkiyə: Ortaq Yüzüncü il" adlı tədbir təşkil olunub

Aprelin 25-də Heydər Əliyev Mərkəzində "Azərbaycan-Türkiyə: Ortaq Yüzüncü il" adlı mükafatlandırma və müzakirə konseptli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün miras qoyduğu Azərbaycan-Türkiyə münasibətlərinin müasir dünya liderləri Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yüksələn xətlə inkişafını əks etdirən videoçarx nümayiş olunub.