DÜNYA


Avstraliyada məktəb avtobusu qəzaya uğrayıb, 45 uşaq xəsarət alıb

Avstraliyanın cənub-şərqində məktəb avtobusu ilə yük maşınının toqquşması nəticəsində 45 uşaq xəsarət alıb, onlardan 18-i xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qəza Melburn şəhəri ətrafında qeydə alınıb. Yüksək sürətlə hərəkət edən yük avtomobili ibtidai sinif şagirdlərini daşıyan avtobusa çırpılıb. Nəticədə avtobus yoldan çıxaraq aşıb.