MƏDƏNİYYƏT


Bu gün Azərbaycan Kinosu Günüdür

Hardasa dünya kinosu ilə yaşıd olan Azərbaycan kinosu 1898-ci il avqustun 2-də yaranıb. İlk səssiz Azərbaycan filmi Fransadan gəlmiş fotoqraf Aleksandr Mişonun adı ilə bağlıdır. Onun Bakıda çəkdiyi və Fransa kinoarxivində saxlanılan "Bibiheybətədə neft fontanının yanğını", "Balaxanıda neft fontanı" filmləri Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə uzun illər sonra, 2001-ci ildə ölkəmizə qaytarılıb.