CƏMİYYƏT


Yeni virus - EG.5

Ümumdünya Səhiyyə Təşkilatı pendemiyanın bitdiyini elan etsə də, virus hələ də davam edir. Belə ki, koronavirusun omikron ştamının yeni alt tipi olan EG.5 dünyada sürətlə yayılmaqdadır. İlk yoluxma bu ilin fevralında qeydə alınıb. Ən son məlumata görə, yeni ştamma yoluxma sayı dünyada 7 milyondan çoxdur. ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, COVİD 19 yaxın gələcəkdə də dünyadan yox olmayacaq və zamanla mutasiyaya uğrayaraq qrip virusu kimi digər ştammlarla ortaya çıxacaq.