SİYASƏT


Pekində 10-cu Syanşan Forumu keçirilir

Pekində “Ümumi təhlükəsizlik, davamlı sülh” mövzusunda 10-cu Syanşan Forumu keçirilir. Oktyabrın 30-da forumun açılış mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən foruma dünyanın təxminən 100 ölkəsindən nazir və digər səviyyədə rəsmilər, beynəlxalq və regional təşkilatların, analitik mərkəzlərin rəhbər şəxsləri, yüksək rütbəli hərbçilər qatılıb. Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti forumda iştirak edir.