SİYASƏT


AZƏRTAC ilə “Saudi Press” xəbər agentliyi arasında informasiya mübadiləsinin genişləndirilməsi müzakirə olunub

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Saudi Press” (SPA) agentliyi arasında intensiv xəbər mübadiləsi Azərbaycan və Səudiyyə Ərəbistanı xalqlarının daha da yaxınlaşmasına imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikir Agentliyin İdarə Heyətinin sədri Vüqar Əliyevin Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşündə səslənib.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında sıx əlaqələrin olduğunu vurğulayan Vüqar Əliyev əməkdaşlığın bir sıra sahələri əhatə etdiyini diqqətə çatdırıb.