SİYASƏT


Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov, Vətən Müharibəsi qəhrəmanları Zaur Nudirəliyev, Vüqar Ağayev, Ceyhun Həsənov və Vətən müharibəsi şəhidi Asiman Əliyevin xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimlərində hərbi qulluqçular şəhidlərimizin məzarlarını ziyarət edib, onların yaxınları ilə görüşərək qayğıları ilə maraqlanıblar.