CƏMİYYƏT


Orqan gözləyən xəstələrin son ümid yeri – Dövlət hesabına əməliyyatlar icra olunur

Uzun müddətdir qaraciyər çatışmazlığından əziyyət çəkən Zaur Niftəliyev son ümid yeri kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib və ona müsbət cavab verilib. Daha sonra İcbari Tibbi Sığorta çərçivəsində, yəni dövlət hesabına, tam ödənişsiz olaraq ona qardaşının qaraciyəri köçürülüb. Həyat yoldaşı deyir ki, əməliyyat dövlət hesabına aparılmasaydı, onların belə yüksək maddi dəyəri olan əməliyyatı həyata keçirməkləri qeyri-mümkün görünürdü. Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyir ki, demək olar hər gün dövlət hesabına orqan transplantasiyası əməliyyatları icra edilir, təxmini 1 ay yarım müddətində 10 xəstə üzərində qaraciyər, 20 xəstə üzərində isə böyrək transplantasiyası əməliyyatları icra olunub