CƏMİYYƏT


Qrip vaksini kimlərə vurulacaq?

“Azərbaycanda qripə qarşı peyvənd işləri aparılır. Qrip vaksini həm Bakı şəhərinə, həm də Respublikanın digər şəhər və rayonlarına paylanılıb. Ölkə ərazisində peyvəndlənmə işinə başlanılıb”. Bunu Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva ölkəmizə qrip əleyhinə gətirilən yeni peyvəndlərlə bağlı AZƏRTAC-a müsahbəsində deyib. Bu günədək olan statistikaya əsasən, payız-qış mövsümündə əldə edilən peyvəndlərlə TƏBİB tabeliyində olan tibb müəssisələri üzrə 1804 nəfərin vaksinasiyası aparılıb.