CƏMİYYƏT


Qərb regionunda qızılca ilə bağlı son vəziyyət

Gəncə şəhərində qızılca xəstəliyinə yoluxma halı ilə bağlı müraciət qeydə alınmayıb. Lakin Göygöl rayonundan iki nəfər Gəncə Şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına müraciət edib. Biri reanimasiyaya, digər isə palataya yerləşdirilib. Onlardan qan nümunələri götürülərək Bakı şəhərinə Taun Əleyhinə Stansiyaya göndərilib.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Gəncə Şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının Uşaq şöbəsinin infeksionisti, həkim Fəqət Hüseynova deyib.