CƏMİYYƏT


Həkim: Səpkilər müşahidə edilmədiyi dönəmdə belə qızılcaya yoluxma mümkündür

"Qızılca çox sürətlə yayılan virusdur. Sağlam insanlar və ya peyvənd olunmayan şəxslər qızılca xəstəsi ilə təmasda olarsa 90 faiz bu virusa yoluxma bilərlər”- bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev  yayılmaqda olan qızılca ilə bağlı müsahibəsində deyib. Xatırladaq ki, Səhiyyə Nazirliyi Azərbaycanda 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyasına dair məlumat yayıb. “Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar”- deyə məlumatda qeyd edilib.