CƏMİYYƏT


Yeni Klinikada 4 xəstə üzərində unikal əməliyyat həyata keçirildi

Yeni Klinikada unikal əməliyyatlar icra olunub. İcbari Tibbi Sığorta çərçivəsində bədənin ən böyük damarı olan qarın aorta damarının anevrizmasının qapalı yolla təmiri əməliyyatları uğurla icra olunub. Əməliyyat xəstənin qarın boşluğunu açmadan bud nahiyəsinin qasıq hissəsindən balaca kəsiklə süni damar yerləşdirməklə həyata keçirilib.