CƏMİYYƏT


Təcili Tibbi Yardım gücləndirilmiş iş rejimində

Bayram günlərində 103-ə müraciət edənlərin sayında artım müşahidə olunur. Buna görə də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi bayram günlərində 151 briqada ilə fəaliyyət göstərir. Bunu AZƏRTAC-a müsahibəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nəzrin Adıgözəlzadə deyib.