CƏMİYYƏT


Elektron resept sistemi təqdim olundu

Artıq həkim tərəfindən pasiyentlərə yazılan müalicə reseptlərini elektron formada əldə etmək mümkün olacaq. Bu gün “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsinin təqdimatı keçirilib. Bu çərçivədə elektron resept sistemi və mobil tətbiq, eləcə də “Təqib və izləmə sistemi” təqdim olunub. Elektron resept almaq üçün eresept.az saytında və ya mobil tətbiqdə qeydiyyatdan keçmək lazımdır. Bundan sonra həkim qəbulunda olub elektron resept yazdırmaq, sizə özəl yazılmış elektron reseptə bağlı olan Barkod vasitəsilə Aptekdən dərman almaq mümkündür.