CƏMİYYƏT


İtaliyada 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb

Azərbaycanın İtaliyadakı səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Gününün 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqlik sükutla yad olunub.Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəyə nəzər salaraq, tariximizə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən danışıb.