CƏMİYYƏT


Xalqımız 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edir

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 34 il keçir. Bu faciə xalqımıza qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayətlərdən biridir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfəri, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Məhz buna görə də xalqımız 20 Yanvar faciəsinin 34-cü ildönümünü xüsusi qürur hissi və başucalığı ilə qeyd edir.