CƏMİYYƏT


AZƏRTAC-ın kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar faciəsindən 34 il ötür. Hər il olduğu kimi, bu il də faciənin ildönümündə xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Səhər saatlarından başlayaraq insanlar axın-axın Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzür, onların azadlıq mübarizəsindəki rolunu minnətdarlıq hissləri ilə xatırlayırlar. 20 Yanvar Azərbaycanın müasir tarixinə qanlı və şanlı səhifə kimi yazılıb.