CƏMİYYƏT


Bakıda hava yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qar, qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 1-4° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yuxarı - 774 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.