MÜSAHİBƏ


Zeynep Yıldız: Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra AŞPA-da ona qarşı münasibətlər dəyişdi

İkinci Qarabağ müharibəsindən əvvəl AŞPA-da hər kəs Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirdi. Bu, Parlament Assambleyasında dəfələrlə qeyd edilib. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra dəyişən bir şey olmamalı idi. Dünən debatlarda da bunu qeyd etdim. Ancaq təəssüf olsun ki, münasibət dəyişdi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zeynep Yıldız deyib.