MÜSAHİBƏ


Vaşinqtonlu tədqiqatçı həyəcan təbili çaldı

Vaşinqton və Li Universitetinin elmi tədqiqatçısı Məryəm Daneş Amuldağ qızıl mədənində aparılan qeyri-qanuni fəaliyyətin əhaliyə mənfi təsirindən narahatlığını bildirir. Hamilə qadınları toksik və radioaktiv materiallardan qorumağın olduqca zəruri olduğunu deyir.

“Mən, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri ilə həmrəy olaraq, Amuldağ qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işləri ilə məşğul olan şirkətlə bağlı öz dərin narahatçılığımı bildirirəm. Bu qızıl mədənində aparılan qeyri-qanuni fəaliyyət uzun illərdir ki, su resurslarına, o cümlədən təbii bulaqlara, çaylara, göllərə və həmçinin Qafqaz dağlarına və regionda yaşayan əhaliyə mənfi təsir göstərir”, - deyə ekspert bildirib.