SİYASƏT


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qazaxıstanlı həmkarı ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 5-də Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov ölkədə seçki prosesinə hazırlıq barədə məlumat verib. Qeyd edib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkün olacaq.