MÜSAHİBƏ


Jakip Asanov: Əmin olduq ki, bütün seçki prosesi qanunvericilik və beynəlxalq standartlar çərçivəsində aparılır

Azərbaycana gələndən indiyədək seçkilərə hazırlıq prosesi, proseslə bağlı qanunvericiliyin beynəlxalq standartlara hansı səviyyədə cavab verməsi, açıq və gizli səsvermə prosesinin necə aparılacağı ilə maraqlandıq. Əmin olduq ki, bütün proses qanunvericiliyə uyğun və beynəlxalq standartlar çərçivəsində aparılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası (MDB PA) nümayəndə heyətinin rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini, MDB PA beynəlxalq müşahidəçilərinin qrup koordinatoru Jakip Asanov jurnalistlərə müsahibəsində səsləndirib.