SİYASƏT


Vüqar Əliyev: Azərbaycan və Mərakeş mediası arasında əlaqələr genişləndirilməlidir

Azərbaycan və Mərakeş mediası arasında əlaqələrin genişlənməsi iki ölkə barədə daha dəqiq xəbərlərin yayılmasına təkan verəcək.
Bu fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Mərakeşin nüfuzlu media orqanlarının nümayəndələri ilə görüşündə səsləndirilib.
Görüşdə qonaqlara AZƏRTAC haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 104 yaşını qeyd etməyə hazırlaşan AZƏRTAC Azərbaycanın ilk xəbər agentliyidir. Hazırda dünyanın 50 xəbər agentliyi ilə tərəfdaşlıq münasibətlərinə malik olan Agentlik 8 dildə xəbər, 5 dildə video yayır.