SİYASƏT


Seçki günü Türkiyədəki vətəndaşlarımızın səs verməsi üçün şərait yaradılıb

Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq prosesi ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən fəal şəkildə davam etdirilir.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva məlumat verib.
O bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyinin inzibati binasında seçki qanunvericiliyinə uyğun olaraq iki seçki məntəqəsi yaradılıb və məntəqə seçki komissiyaları formalaşdırılıb.