SİYASƏT


AZƏRTAC və Misirin MENA xəbər agentliyi əməkdaşlığı genişləndirir

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev ilə Misirin MENA agentliyinin baş direktoru Əli Həsən Muhəmməd Əbdülbaqi arasında fevralın 6-da keçirilən görüşdə əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə olunub.
Vüqar Əliyev dəyişən informasiya mühitində etibarlı xəbər mənbələrinə ehtiyacın dəfələrlə artdığını vurğulayıb və bu baxımdan aparıcı agentliklər arasında əməkdaşlığın böyük rolunun danılmaz olduğunu diqqətə çatdırıb.