SİYASƏT


Parisdəki seçki məntəqəsində səsvermə üçün bütün hazırlıqlar görülüb

Növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yaradılan seçki məntəqəsi səsverməyə tam hazırdır.
AZƏRTAC xəbər verir ki, Seçki Məcəlləsinə uyğun olaraq yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 46 saylı seçki məntəqəsində prezident seçkilərinə səsvermə üçün bütün hazırlıqlar görülüb. Fevralın 7-də yerli vaxtla saat 08:00-dan 19:00-dək vətəndaşlarımız səsvermədə iştirak edə bilərlər.