SİYASƏT


Azərbaycanın Belçikadakı səfirliyində yaradılmış seçki məntəqəsi səsverməyə tam hazırdır

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Belçikadakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 40 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Belçikada və Lüksemburqda yaşayan və ya uzunmüddətli ezamiyyədə olan, eləcə də seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları 40 saylı seçki məntəqəsində səs verəcəklər.