SİYASƏT


Prezident seçkiləri ilə bağlı ən son məlumatlar - AZƏRTAC-ın xüsusi buraxılışı CANLI

Fevralın 7-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 7 namizəd mübarizə aparır.
Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 10.00-a olan məlumata görə, seçicilərin 19.44 faizinin (1 milyon 259 min 371 nəfər) səs verdiyini bildirib.