MÜSAHİBƏ


MDB PA-nın Baş katibi: Azərbaycanın seçki qanunvericiliyi bütün demokratik normalara və standartlara uyğundur

Biz Azərbaycanın qanunvericiliyini qiymətləndirdik, onun bütün demokratik normalara və standartlara tamamilə uyğun olduğunu anlayırıq. Deyə bilərəm ki, Azərbaycanda seçki kampaniyasına hazırlıq ən yüksək səviyyədə aparılıb. Bunu namizədlərlə, namizədlərin qərargahlarında, prosesin təşkilatçıları olan Mərkəzi Seçki Komissiyası, prokurorluqlar, Xarici İşlər Nazirliyi, parlament ilə keçirilən görüşlər sübut edir. Buna görə də biz indi artıq dəqiq olaraq qənaətə gələ bilərik ki ölkə, seçkilərin keçirilməsinə hazırdır.