CƏMİYYƏT


Çin avtomobilləri Azərbaycan üçün sərfəlidirmi?

Son vaxtlar ölkəmizdə Çin istehsalı olan avtomobillərin idxalı daha artıb. Belə ki, ötən il Çindən Azərbaycana 7 min ədəd minik avtomobili idxal edilib. Görünüşü və qiymətinin daha münasib olmasıyla alıcıları cəlb edən Çin istehsalı minik maşınları artıq sürətlə ölkəmizdəki avtomobil bazarında da söz sahibinə çevrilir. Avtomobil ustası Əlövsət Səfərov isə bildirdi ki, Çin avtomobilləri görünüş və qiymət baxımından insanları cəlb etsə də, keyfiyyət baxımından hələ də bir neçə çatışmazlıqlar var.